“Leyli və Məcnun” Bakıda növbəti dəfə nümayiş olunacaq

“Leyli və Məcnun” Bakıda növbəti dəfə nümayiş olunacaq

Tamaşa ilə bağlı teatrın rəhbərliyi məlumat verib.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan “Leyli və Məcnun” operası növbəti dəfə fevralın 27-də nümayiş olunacaq.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda izləniləcək səhnə əsəri dirijor, Əməkdar incəsənət xadimi Sevil Haciyeva tərəfindən idarə olunacaq.

Operada Məcnun obrazını Səbuhi İbayev, Leylini isə Xalq artisti Gülyaz Məmmədova canlandıracaq.

Bakucity.az

Leyli və Məcnun
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər