AZAL yeni aksiya elan edib: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

AZAL yeni aksiya elan edib: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Aksiya çərçivəsində uçuş tarixləri bilinib.

Bakucity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan verib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən alınan məlumata görə, 2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimidir. 

Aviabiletin qiymətinə baqajın, əl yükünün pulsuz daşınması və təyyarədə isti yemək daxildir.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək olar.

Aksiya çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Bakucity.az

Aviobilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər