“Balaca Şahzadə” Bakıda yenidən teatrsevərlərə təqdim olunacaq

“Balaca Şahzadə” Bakıda yenidən teatrsevərlərə təqdim olunacaq

İkihissəli bu şou-tamaşa Azərbaycan dilində ilk müzikl olacaq.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa fevralın 22-də nümayiş olunacaq.

Beynəlxalq layihə kimi təqdim olunan ikihissəli bu şou-tamaşa Azərbaycan dilində ilk müzikl olacaq.

Əsərin süjet xəttində Balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandıracaq. 

Bakucity.az

şou-tamaşa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər