FHN xilasetmə əməliyyatı keçirib
Bakucity.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nəsimi rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib. Əməliyyat başa çatıb.
Bakucity.az