Ukraynanın “Ən yaxşı qapıçı”sı Bakı klubuna keçdi

Ukraynanın “Ən yaxşı qapıçı”sı Bakı klubuna keçdi

“Səbail” PFK heyətinə daha bir futbolçu cəlb edib. 

Bakucity.az xəbər verir ki, ukraynalı qapıçı Aleksandr Rıbka ilə klub arasında cari mövsümün sonunadək müqavilə imzalanıb. 

Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub.

Dörd dəfə Ukrayna çempionu, dörd dəfə Ukrayna Kubokunun, bir dəfə Ukrayna Superkubokunun qalibi olan Aleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb. O, cari mövsüm Türkiyə I divizionunda 15 oyun keçirib və qapısında 25 qol görüb. (Oxu.az)

Bakucity.az

Səbail PFK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər