“Fransanın dadı” festivalı martın 1-dən 16-dək davam edəcək
Bakucity.az xəbər verir ki, beşillik yubileyini qeyd edən “Fransanın dadı” festivalı martın 1-dən 16-dək davam edəcək.
Festival ərəfəsində “Institut Français d'Azerbaidjan” komandası fransız mətbəxinə aid film nümayişləri və müsabiqələr təşkil edəcək.
Belə ki, “Landmark”da fevral ayının hər cümə günü Fransanın mətbəxinə həsr olunan bədii və sənədli əsərlər nümayiş olunacaq.
Fevralın 1-də kinoqurmanlara Kristian Vensanın “Prezident üçün aşpaz” kinokomediyası təqdim olunacaq. Fransız dilində nümayiş olunacaq filmlərə giriş pulsuzdur. (AzərTac)
Bakucity.az