Bakıda Röya Ayxan və Miri Yusifin konserti olacaq

Bakıda Röya Ayxan və Miri Yusifin konserti olacaq

Konsert "Sevgililər günü”ndə baş tutacaq.

Bakucity.az xəbər verir ki, əməkdar artistlər Röya Ayxan və Miri Yusif 14 fevral "Sevgililər günü”ndə baş tutacaq konsert proqramı ilə çıxış etməyə hazırlaşırlar.

"Boom Group”un ərsəyə gətirdiyi konsert proqramı "Elektra Hall”da gerçəkləşəcək və proqram boyunca müğənnilər sevilən hitlərini səsləndirəcəklər.

Konsertin biletləri kassalarda və onlayn satış platformalarında 35-1200 manat arasında dəyişir.

Qeyd edək ki, 1200 manatlıq bilet "VIP" zona üçün nəzərdə tutulub.

Bakucity.az

Röyya və Miri Yusif
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər