Bakı məzarlıqlarındakı dəfn problemi həll olunacaqmı? - ARAŞDIRMA

Yeni qəbul olunan qərarlar məzarlıqlara necə təsir göstərəcək?

Bakıda dəfn mərasimlərinin baha başa gəlməsi, qəbirlərin standartlara uymaması kimi mövzular artıq uzun müddətdir ki, gündəmi zəbt edib. Bu problemlərin həllinə dəstək olmaq üçün bir müddət əvvəl “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları"na dəyişikliklər edildi. Yeni qaydalar problemin həllində nə dərəcə rol oynayacaq?  Köklü problemlər həllini tapa biləcəkmi? Bakucity.az Bakı qəbirisitanlıqlarındakı problemləri araşdırıb və məsələ barəsindəki bir çox suallara cavab tapmağa çalışıb. Materialı təqdim edirik.  

Dəfn mərasimlərində vətəndaşlardan əlavə ödəniş alınır? 

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (ƏVXT) baş mühəndisi Sabir Həsənov Bakucity.az-a açıqlamasında deyib ki, vətəndaşlardan əlavə pul alınması ilə bağlı Trestə şikayət daxil olmayıb:

 “Qəbiristanlıqların salınması və idarə olunması barədə 4 dekabr 2018-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qərara görə, cavabdehlik əsasən bələdiyyələrin üzərinə düşür. Bakıda olan 100 qəbristanlığın cəmi 32-si Trestə məxsusdur, qalanları barədə gəzən söhbətlərin bizə heç bir aidiyyatı yoxdur. Həmçinin ölkə qanunvericiliyində qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu da var. Rüsum müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçün 79 manat təşkil edir. Amma bu məzarın qazılması, əməkhaqqı və s. üçündür. Ola bilsin, vətəndaşlar bu barədə məlumatlı deyil. Bizim məzarlıqlar yoldan çox uzaqda olur və işçilər uzun məsafədən daş, qum, sement və s. kimi materiallar daşıyırlar. Tikinti materiallarını ölü sahibi özü almayanda biz alırıq. Yəni, ölü sabibi məzarı özü qazarsa, tikinti materiallarını pulla alırsa torpaq vətəndaşa pulsuz verilir”.

Vətəndaşlardan əlavə pul istənilsə, tədbirlər görüləcək

“Bizim qəbristanlıqlarda vətəndaşdan dövlət rüsumundan əlavə pul istənilmir” – Trestin rəsmisi deyib və əlavə edib:

“Dövlət rüsumu, xidmətlər və tikinti materiallarına edilən qanuni ödənişlərdən başqa, istənilən digər ödəniş qanunvericiliyə ziddir. Ümumiyyətlə, bu günə kimi Trestə vətəndaşlardan məsələ ilə bağlı heç bir şikayət daxil olmayıb. Əgər bununla bağlı bizə hansısa şikayət daxil olarsa, araşdıracağıq. Hansı qəbiristanlıqda bu hal baş veribsə, kim vətəndaşdan rüsumdan artıq pul istəyir və ya alırsa, tədbir görəcəyik. Vətəndaşlara media vasitəsi ilə dəfələrlə müraciət etmişəm, yenə deyirəm, tabeliyimizdə olan məzarlıqlarda rüşvət halları ilə rastlaşsalar, qaynar xətt vasitəsi ilə (012) 510-83-08 bizi məlumatlandırsınlar”.

S.Həsənov sonda qeyd edib ki, Hövsan, Şüvəlan, Mərdəkan, Buzovna qəbiristanlıqları, Qaraçuxur, Əhmədli kənd qəbiristanlığı, biləcəridə 3 qəbiristanlıq, Xırdalan qəbiristanlığı, Qurd qapısı qəbiristanlığı, Dağüstü 1, Dağüstü 2 və s. kimi qəbiristanlıqları Trestə məxsusdur və bu məzarlıqlarla bağlı istənilən şikayəti qəbul edirlər.

“Standartlaşdırma ilə bağlı qanun qəbul olunsa belə, problem qalacaq” 

Bakucity.az-a mövzu ilə bağlı fikir bildirən Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü millət vəkili Fazil Mustafanın fikrincə, dövlət qurumlarının əksəriyyətində qaynar xətt sisteminə məsuliyyətsiz yanaşılır:

“Bizdə əksər dövlət qurumlarında sadəcə qaynar xətt yox, başqa prinsiplər də yaxşı işləmir və bu sistemlərə məsuliyyətlə yanaşılmır. Təbii ki, qəbiristanlıq məsələsində ən azından vətəndaşa hörmət göstərilməlidir, insanlar aldadılmamalıdır, onlara konkret informasiya verilməlidir. Ümumiyyətlə, bu sahədə problemlər çoxdur. Məzarlıqların məsələsi daha fərqli şəkildə həll olunmalıdır, ancaq hələ də konkret standartlaşdırılma ilə bağlı qanun qəbul olunmur, qəbul olunmasına da kifayət qədər maneələr var. Çünki burada xüsusi korporativ maraqlar güdülür ki, bu da məsələnin həll olunmamasına gətirib çıxarır”.

Millət vəkili məzarlıqlarla bağlı təkliflərin yeni qanunda nəzərdə tutulduğunu, lakin konkret standartlaşdırmanın olmadığını bildirib:

“Avropada, mədəni ölkələrdə eyni standartda olan qəbirlər salınır və özbaşınalıqlara yol verilmir. Bizdə təəssüf ki, insanların şöhrətpərəstliyi də müəyyən məsələlərin həllinə imkan vermir. Hətta qəbirlər mövzusunda belə fərqlilik istəyi kimi bir problem var. Hər kəs dünyadan köçən yaxınlarına sayğını bu yolla göstərmək istəyir və bir də başqalarına demək istəyir ki, bizim qəbrimiz sizinkindən daha gözəldir. Bu da təkcə dövlətə bağlı olan məsələ deyil, cəmiyyətin ümumi sağalmaz problemidir. Yoxsa standartlaşdırma ilə bağlı qanun qəbul olunsa, belə problem eyni qalacaq”.

F. Mustafa sonda bələdiyyələrin məzarlıqlarla bağlı yeni öhdəlikləri barədə də fikir bildirib:

“Təbii ki, bələdiyyələr işlərini düzgün yerinə yetirsələr, məzarlıqlarda nizam-intizam qaydalarını formalaşdırsalar, vətəndaşlar da neqativ hallar baş verən zaman konkret olaraq hansı quruma müraciət etməli olduqlarını biləcəklər”, - deyə millət vəkili fikrini tamamlayıb.  

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən "Qəbiristanlıqların salınması və idarə olunması qaydaları"na edilən dəyişikliklərə əsasən, bu ildən etibarən yeni salınan qəbiristanlıqlar bundan sonra yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Normativlərə görə isə hər məzara onun ətrafında 5 kv. m. torpaq düşür. Əlavə olaraq həyat yoldaşı üçün daha 5 kv.m. götürmək olar. Mərhum üçün yerin ayrılmasına görə vətəndaşlar qəbiristanlığın direktoruna müraciət etməli, vətəndaşın ölümü haqda tibbi arayışı ona təqdim etməlidirlər. Bu sənəd olmadan dəfn mümkün deyil. Vətəndaşlara boş yerlər göstərilir, onlar dövlət rüsumunu (müsəlman üçün 63, qeyri-müsəlman üçün 79 manat) və əgər istəsələr əlavə xidmətlərə görə haqq ödəyirlər sonra dəfn həyata keçirilir.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan ordusu daha bir neçə ərazini işğaldan azad edib. Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Bakucity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi  məlumat yayıb. Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun keçirdiyi əməl...
Cəmiyyət
Düşmən ordumuz tərəfindən atəşə tutulur. Azərbaycanın artilleriyaçıları düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Cəmiyyət
Erməni radiosunun saytında Burak Özdemirin fotosu yerləşdirib. Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib. BakuCity.az xəbər verir ki, həmin xəbər radionun saytında dərc olunub. Bu, Ermənistan İctimai Radiosunun qalmaqala yol aça biləcək ilk hərəkəti deyil. Belə ki, radionun saytında türki...
Cəmiyyət
Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
“714 yoluxma bizim üçün də yeni rəqəmdir”. “Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Amma 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcan...
Ekologiya
Bakıda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyi...
Siyasət
Key Beyli Xatçison virtual mətbuat konfransa qatılıb. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans “ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır”. BakuCity.az xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb. “Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri...
Cəmiyyət
Xəstələrin bir qismi ev şəraitində müalicə olunur. “İyul ayının 1-dən etibarən yüngül əlamətləri olan xəstələri ev şəraitində müalicə edirik. Çox nadir hallarda poliklinikanın dəstəyi ilə ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar baş verir. Bu, daha çox “COVİD” testi müsbət olanlarda deyil, pnevmoniyalı xəstələrdə olur”.  BakuCity.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya–Epidemioloji N...
Cəmiyyət
Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb. BakuCity.az xəbər verir ki, İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir. Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur. Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir...