Bakıda “Məhəmməd Əmin Rəsulzadə - 135” sərgisi açılıb

Bakıda “Məhəmməd Əmin Rəsulzadə - 135” sərgisi açılıb, Javid

Milli Kitabxanada geniş kitab sərgisi açılıb

Bakucity.az xəbər verir ki, yanvarın 31-də Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunub.

Eyni zamanda Əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin ( Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin müəllifi olduğu Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları sərgilənib.

Bakucity.az

Məmməd Əmin Rəsulzadə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər