Bakı klubu afrikalı futbolçu ilə müqavilə bağlayıb

Bakı klubu afrikalı futbolçu ilə müqavilə bağlayıb

Robin Nqalande “Zirə”də oynayacaq.

Bakucity.az xəbər verir ki, 27 yaşlı malavili hücumçu Robin Nqalande ilə “Zirə” arasında bu gün 6 ay + 1 il formasında rəsmi müqavilə bağlanılıb.

Nqalandenin son klubu Cənubi Afrika Respublikasının “Baroka” klubu olub. O, daha öncə bu ölkənin “Vits Yuniversiti”, “Platinum Stars”, Keyptaun “Ayaks”ı və İspaniya “Atletiko”sunun gənclər komandasında çıxış edib.

“Zirə” bir müddət əvvəl Mfo Kqasvane, Xulio Sezar Rodriqez Ximenes və İsmail Fofananı heyətinə qatıb.

Bakucity.az

"Zirə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər