Məşhur serb romanı ilk dəfə Bakıda çap edildi

Məşhur serb romanı ilk dəfə Bakıda çap edildi

“Drina körpüsü” Azərbaycan dilində çapdan çıxıb.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli serb yazıçısı İvo Andriçin “Drina körpüsü” kitabı işıq üzü görüb.

Mərkəzdən alınan məlumata görə, roman – Osmanlı İmperiyasının böyük vəziri, əslən bosniyalı Sokollu Mehmet paşanın orta əsrlərdə Bosniyanın ucqar vilayətlərindən birində – Vişeqradda, dağ çayı Drina üzərində saldırdığı nadir və möhtəşəm körpünün dörd əsrdən artıq zaman kəsiyində başına gələnlərdən, ətrafında baş verən hadisələrdən, həyatları birbaşa bu körpü ilə bağlı olan insanların taleyindən, o dövrlər bu mahalda yaşayan müsəlmanların, serblərin və yəhudilərin məişətindən, ağrı-acılarından bəhs edir.

Roman 1961-ci ildə yazıçıya Nobel mükafatı qazandırıb.

Kitabı serb dilindən professor Cəlil Nağıyev tərcümə edib.

Bakucity.az

Drina körpüsü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər