Bakı Ali Neft Məktəbinin 6 tələbəsi İspaniyada təhsil alacaq

Bakı Ali Neft Məktəbinin 6 tələbəsi İspaniyada təhsil alacaq

Bu barədə BANM məlumat verilib.

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini İspaniyanın “Alcala” Universitetində davam etdirəcək. 

“Erasmus+” proqramı çərçivəsində həyata keçirilən tələbə mübadilə proqramı BANM-ın altı tələbəsinin beş ay müddətinə İspaniyanın “Alcala de Henares” şəhərinə göndərilməsini təmin edir.

Belə ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 3-cü kurs tələbələri Kamal Bağırlı, Səkinə Nağızadə, Vəfa Məmmədova, Nicat İsmayılov, Aysu Həmidli və Nəriman Tağızadə 2019-cu ilin yanvar ayının 31-də İspaniyanın “Alcala de Henares” şəhərinə yola düşəcəklər. 

Bakucity.az

BANM
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər