Bakıda 37 minlik pivə oğurluğu olub

Bakıda 37 minlik pivə oğurluğu olub

Oğurluğu keçmiş məhkumlar edib.

Bakucity.az xəbər verir ki, Xırdalan şəhərində fəaliyyət göstərən MMC-lərin birində hər birinin qiyməti 50 manat olan ümumilikdə 37.500 manat dəyərində 750 ədəd “Falken” pivəsinə aid çəllək oğurlanıb.

Oğrular yanvarın 1-dən 29-dək olan müddətdə qeyd olunan oğurluq hadisəsini törədiblər.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - S.Məmmədov və T.Həsənov saxlanılıb. Araşdırma davam edir.

Bakucity.az

Oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər