Bakıda avtomobil çuxura düşdü - VİDEO

Bakıda avtomobil çuxura düşdü - VİDEO

Ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bakucity.az xəbər verir ki, ötən gecə saatlarında Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Babək prospektində Həsənli Elşənin idarə etdiyi “Mercedes” markalı, 90 CA 956 dövlət nömrə nişanlı avtomobil, yolun ortasında “Azərsu” ASC tərəfindən qazılmış çuxura düşüb. 

Sürücü ciddi xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Qeyd edək ki, ərazidə qazıntı işlərinin aparılması ilə bağlı xəbərdarlıq nişanları yerləşdirib. Avtomobilin hansı səbəblərdən çuxura düşməsi araşdırılır. (Oxu.az)

Bakucity.az

Ağır yol-nəqliyyat hadisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər