Bakıda uşaq bağçası olan binada yanğın baş verdi

Bakıda uşaq bağçası olan binada yanğın baş verdi

Uşaq bağçasının yerləşdiyi binada yanğın olub.

Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə Xətai rayonunda baş verib. Belə ki, uşaq bağçasının yerləşdiyi binanın girişində quraşdırılmış 1 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın söndürülüb.

Bakucity.az

Yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər