Bakıda çuxura düşən avtomobillə bağlı rəsmi açıqlama

Bakıda çuxura düşən avtomobillə bağlı rəsmi açıqlama, Javid

“Azərsu” Babək prospektində avtomobilin xəndəyə düşməsi ilə bağlı məlumat yayıb

Bakucity.az xəbər verir ki,, məlumatda deyilir: 

Prospektin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb. Bu zaman bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu”nun əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir".

Bakucity.az

Azərsu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər