Fransalı alim Bakıda mühazirə ilə çıxış etdi - FOTO

Fransalı alim Bakıda mühazirə ilə çıxış etdi - FOTO, Javid

Giyom Protyer Bakı Kitab Mərkəzində mühazirə deyib

Bakucity.az xəbər verir ki, yanvarın 31-də Fransanın Lion Lümyer 2 Universitetinin hüquq fakültəsinin dekanı Giyom Protyer Bakı Kitab Mərkəzində mühazirə ilə çıxış etdi və elmi işlərini təqdim etdi.

Qonağı salamlayan Fransa Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri cənab Yohan Şitterer bu cür tədbirlərin iki ölkə arasında mədəni və təhsil əlaqələrinin inkişafında böyük rol oynayacağında əminliyini bildirdi. 

Görüşdə çıxış edən Giyom Protyer yerli hakimiyyət strukturu, sosial pluralism, siyasi mərkəzləşmə mövzularına toxundu, eləcə də “Qanunun tənqidi nizamı” adlı kitaba daxil olan virtual aləmlərə dair məqaləsindən danışdı.

Virtual aləmin bizə təklif etdiyi azadlıqlardan, burada istifadə etdiyimiz fundamental hüquqlardan söhbət açan qonaq, virtual aləmdə hakimiyyət yaratmağın qeyri-mümkünlüyünü vurğuladı.

Daha sonra qonaq auditoriyanın suallarına cavab verdi.

Bakucity.az

Bakı Kitab Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər