Bakıda yeni salınan yolda problem yaranıb - VİDEO

Bakıda yeni salınan yolda problem yaranıb - VİDEO

Yasamal rayonu ərazisindəki yeni yoldan su çıxır

Bakucity.az xəbər verir ki, “ASAN xidmət”in yaxınlığından keçən və A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYD) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib: 

“Ərazidə qoyulan kanalizasiya sistemi dolub və su lyukdan çölə daşıb. Lakin içərisini təmizlədikdən sonra yenidən qapağı bağlanacaq ki, yolda heç bir problem yaşanmasın”. (Oxu.az)

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər