Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi oldu

Bakıda “Gəncliyin səsi” festivalının açılış mərasimi oldu

İstedadlı gənclər mükafatlandırıldı

Bakucity.az xəbər verir ki, fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalının açılışı olub.

Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində açılan əl işlərindən ibarət sərgiyə baxıblar.

Açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb.

Diqqətə çatdırılıb ki, fevralın 5-dək davam edəcək festivalın paytaxtla yanaşı, Sumqayıt və Abşeron şəhərlərində, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulur.

Sonra ötən il uğurlu fəaliyyətinə görə bir qrup istedadlı gənc mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib. (AzərTac)

Bakucity.az

“Gəncliyin səsi” festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər