User views view_news rubric_id news_rubric_id 2

Bakıda Cavad Cavadzadənin musiqi axşamı keçirildi - FOTO/VİDEO

Gənc kontrabas  ifaçısı “YARAT”da səhnə alıb 

Bakucity.az xəbər verir ki, yanvarın 31-ində “YARAT" Müasir İncəsənət Mərkəzində istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə 1 saatlıq konsert proqramı ilə çıxış edib. Axşamın xüsusi qonağı isə fleyta ifaçısı Nicat Salmanov olub.

Musiqi axşamında Hana Ajiaşvilinin “Contrabass Contra”,  Yelena Firsovanın “Slavanın xatirəsinə”, Məmməd Quliyevin “Fleyta pikkolo və kontrabas üçün sonata”, Rəhilə Həsənovanın “Kölgə oyunu” əsərləri səsləndirilib. 

"Musiqiçi üçün asan əsər olmur"

Bakucity.az-a gecə ilə bağlı təəssüratlarını bölüşən Cavad Cavadzadə konsertdə ifa etdiyi sonuncu əsər barədə məlumat verdi:

“Bəstəkar Rəhilə Həsənova bu əsəri 1990-cı ildə 20 Yanvar faciəsinə həsr edib. Bu konsertin baş tutmasını isə mən məhz “Kölgə oyunu”na görə istəyirdim, layihə sırf bu əsər üzərində qurulmuşdu. Çünki bu əsərin başlaması ilə bitməsini bir çox fəlsəfi məqamlarına görə insan həyatı ilə müqayisə etmək olar. Əslində musiqiçi üçün asan əsər olmur, bütün əsərlərin cürbəcür – texniki və ya mənəvi çətinlikləri olur. Bu əsərin həm texniki ağırlığı çoxdur, həm də onu səhnədə dayanmadan 20 dəqiqə ifa etmək işgəncədir.  Onun əsas özəlliyi isə ondadır ki, səhnədə ifa edəndə hiss edirsən ki, o səni alıb aparır və geri qaytarmaq istəmir. Amma ifanı bitirdikdən sonra bəstəkarın bütün hisslərini ifadə etdiyini biləndə, xoş hislər yaşayırsan. Ötən 28 ildə bu əsər heç yerdə, heç bir səhnədə ifa olunmayıb. Mən belə notların olduğunu öyrənəndə, axtarmağa başladım və çox çətinliklə tapdım. Bəstəkarla əlaqə saxladım, məlum oldu ki, Rəhilə xanım notlarını hər kəsə vermir, o, bu mövzuda çox qısqancdır və mənim haqqımda kifayət qədər məlumat əldə etdikdən sonra buna razılaşdı. Sonra notun yeni versiyasını hazırladım və bu gün səhnələşdirmək mənə qismət oldu. Ümüd edirəm bəstəkar da bəyənəcək”, - Cavad Cavadzadə deyib. 

Musiqiçi sonda “YARAT”da keçən konsertlərin özəl və maraqlı olduğunu, bu gecədən isə xoş təəssüratlarla ayrıldığını bildirib. 

Gecənin qonağı fleyta ifaçısı Nicat Salmanov da öz növbəsində konsertdən böyük zövq aldığını bildirib:

“Cavadla ilk dəfə bu gecədə 1986-cı ildə, kifayət qədər çətin notlarda yazılan əsəri ifa edərək səhnə bölüşdüm və bu eksperiment şəxsən mənim üçün maraqlı oldu. Alqışlardan da hiss etdim ki, bütün konsert iştirakçıları üçün maraqlı olub. Davamlı olmasını arzulayıram”. 

Qeyd edək ki, Cavad Cavadzadə "Metamorphosis" kamera ansamblının bədii rəhbəridir. O, Cəlal Abbasov, Rüfət Ramazanov, Xədicə Zeynalova, Rəhilə Həsənova, Dmitri Smirnov, Yelena Firsova, Hana Ajiaşvili, Məmməd Quliyev kimi müasir bəstəkarların əsərlərinin ilk ifaçısıdır və maestro Rauf Abdullayev, Nikoloz Raçveli, Lev Markiz, Ennio Morrikone, Maksim Vengerov, Loren Peticerard, Peter Rundel, İqnat Soljenitsın, Sir Neville Marriner və başqa dirijorların rəhbərliyi altında müxtəlif tədbirlərdə çıxış edib. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

YARAT
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
35 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Nuridə Hüseynova Heydər Əliyev Sarayında çıxış edəcək İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq. Saraydan bildirilib ki, konsertdə Nuriyyə Hüseynova repertuarında yer alan və sevilən mahnıların daxil olduğu yeni konsert proqramı ilə çıxış edəcək. Musiqili gecənin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə etmək olar. Bakucity.az
Biznes
Məcəlləyə dəyişikliklər ediləcək Bakucity.az xəbər verir ki, müddətli əmək müqavilələrinin maksimal müddəti və iş vaxtından artıq vaxtda işə cəlb edilmə ilə bağlı Əmək Məcəlləsində dəyişikliklərin edilməsi istiqamətində hazırda işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimlinin sözlərinə görə, Azərbaycanda əmək bazarı üzrə göstəricilərin yaxşılaşması üçün təkliflər hazırlanır və aidiyyəti qanunvericiliyin təkmilləşdirilməs...
Ekologiya
Temperatur 8-11 dərəcə olacaq Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. “Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əs...
Hadisələr
Hadisə zamanı kişi və qadın bərk sərxoş olublar Bakucity.az xəbər verir ki, bu barədə Xətai rayon Polis Şöbəsindən bildirilib. Hadisə fevralın 21-də saat 19:40 radələrində Nobel prospektində yerləşən evlərdən birində baş verib. Qabil adlı şəxs 41 yaşlı Rübabə Nuriyevanın üzərinə kerosin tökərək yandırıb. Baş, boyun və əl nahiyələrindən yanıq travması alan qadın xəstəxanaya yerləşdirilib. Onun ölüm təhlükəsinin olmadığı qeyd edilir.  İnsidentdən sonra qaçıb...
Mədəniyyət
Müasir İncəsənət Muzeyində  un əsərləri sərgilənəcək Bakucity.az xəbər verir ki, fevralın 27-də Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılacaq. Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsərləri nümayiş olunacaq. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə...
İdman
Topaz Premyer Liqada 18-ci tura start veriləcək. Bakucity.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Qəbələ" öz meydanında "Keşlə"ni qəbul edəcək. Digər matçda isə "Qarabağ" debütant "Sabah"ın qonağı olacaq. Qeyd edək ki, turun daha iki qarşılaşamsı isə sabah keçiriləcək. 23 fevral (şənbə) 14:00.“Qəbələ” – “Keşlə” Hakimlər: Rəşad Əhmədov, Vüqar  Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov  Qəbələ şəhər stadionu 16:30.“Sabah” – “Qarabağ” Hak...
Cəmiyyət
Avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq Bakucity.az xəbər verir ki, fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir. Nişanlanma xətlərinin çəkilməsi prosesi gün ərzində başa çatacaq. Bakucity.az
İdman
UEFA İcraiyyə Komitəsinin Bakıda iclası keçiriləcək  Bakucity.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasında 2021-ci ilin avrokubok yarışlarından 3-ü üzrə final matçının ev sahibi açıqlanacaq. Bunlar Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşmalarıdır. Həmin oyunlara təşkilatçılıq istəyi ilə ümumilikdə 7 milli assosiasiyadan müraciət edilib: Avropa Liqası Gürcüstan. B...
Mədəniyyət
Fabio Lepore konsert proqramı ilə çıxış edəcək. Bakucity.az xəbər verir ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın dünya şöhrətli caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək. “Landmark”da reallaşacaq konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək. İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk dəfə doğma dilində ifa etdiyi ən...