Bakıdakı yol nişanlarına dəyişiklik edildi - FOTO

Qaydanı pozanlara qarşı inzibati tədbirlər görüləcək

Bakucity.az xəbər verir ki, Bakıda qanunsuz parklanmaya intellektual nəzarət kameralarının olduğu mərkəzi küçələrdə yolların buraxıcılıq qabiliyyəti və nəqliyyat vasitələrinin intensivliyi təhlil edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, kameraların fəaliyyəti nəticəsində nəqliyyat sıxlığını artıran, yolların buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillərin tədricən aradan qalxdığı müşahidə edilir. Parklanmanın daha səmərəli idarə edilməsi məqsədilə, nəqliyyat vasitələrinin intensivliyinin buraxıcılıq qabiliyyətindən daha az olduğu yollardakı müvafiq nişanlarda dəyişikliklər olunur.

Bu çərçivədə paytaxtın Azadlıq prospekti, Bülbül, S.Vurğun, D.Əliyeva, R.Behbudov və Ü.Hacıbəyov küçələrində ümumilikdə 33 nişan qanunvericiliyin tələbinə uyğun dəyişdilirilib. 19 yerdə 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib. 14 nişanda isə çatışmazlıq aradan qaldırılıb. Dəyişiklik edilən yol nişanlarına onların tələbinin qüvvədə olduğu vaxtla bağlı (07:30-20:00) məlumat lövhələri də (7.5.4 yol nişanı) qoyulub. Sürücülərin diqqətinə çatdırırıq ki, 3.27 və 3.28 nişanlarının tələbinin qüvvədə olmadığı müddətdə nəqliyyat vasitəsini yolun 2-ci, 3-cü cərgəsində saxladıqları halda onlara qarşı inzibati tənbeh tədbirləri görüləcək.

Bu cür tədbirlər digər küçələrdə də həyata keçiriləcək. Qanunsuz parklanmaya intellektual nəzarət kameralarının quraşdırılması nəzərdə tutulan yollar da müəyyən müddətdən sonra təhlil ediləcək. Nəqliyyat intensivliyinin artması və azalmasına uyğun olaraq yolun buraxıcılıq qabiliyyətinə əsasən yol nişanlarında dəyişikliklər edilə bilər.

Qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının quraşdırılması işləri çərçivəsində ümumilikdə 360 məntəqədə kameraların quraşdırılması planlaşdırılır. 

Bakucity.az

Bakı Nəqliyyat Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
226 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
"Sport-pub"larda sərin pivə ilə matç izləməkdən həzz alın Azarkeşlik etdiyi komandaların oyunlarını “sport-pub”larda sərin pivə içə-içə izləmək istəyənlərin sayı az deyil. Bakucity.az bu materialda oxucuları paytaxtda pivə içə-içə matç izləyə biləcəkləri üç “sport-pub” ilə tanış edəcək  “Beer Station Pub” Paytaxtda populyar “sport-pub”lardan hesab olunan  “Beear Station Pub”ın müdiri Pərvin Təhməzovun sözlərinə görə, bura Nizami küçəsində 24 adda dadlı məz...
Hadisələr
Paytaxtda dəhşətli qəzanın qarşısı son anda alınıb Bakucity.az xəbər verir ki, "10 TH 407" dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyib. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçıb. Qadın isə onun ardınca gedib. O, son anda yük maşının altına düşməkdən xilas olub. "Kamaz"ın sürücüsü manevr edib, eyni zamanda qadın uşağın əlind...
Cəmiyyət
"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı”  Bakucity.az xəbər verir ki,  "Apple” şirkətinin direktoru Tim Kukun paytaxtımızla bağlı paylaşım edib. O, "Twitter” hesabında Bakı bulvarı haqda tvit atıb. Qeyd edək ki, Tim Kukun rəsmi "Twitter” səhifəsini 11 milyondan çox insan izləyir. Bakucity.az
Mədəniyyət
"Jara 2020"-yə hazırlıq prosesinə başlanıb Bakucity.az xəbər verir ki, xalq artisti Emin Ağlarov 2020-ci ildə keçirəcəyi "Jara" beynəlxalq musiqi festivalı haqda açıqlama verib. Müğənni "İnstagram" hesabında bildirib ki, növbəti dəfə beynləxlaq musiq festivalının gününü uzatmağı düşünür.  "Fikirləşirəm, bəlkə "Jara"nı gələn il beşgünlük edək? Sizcə, "Jara" 5 il olacaq?". O, izləyicilərinə festivalda hansı ulduzu görmək istədikləri ilə bağlı suallar ünvanla...
Hadisələr
Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub Bakucity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbər...
Hadisələr
Paytaxtda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospekti (Çermet körpüsünə çatmamış - “20 Yanvar” dairəsi istiqamətində) iki avtomobil toqquşub. Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.  Bakucity.az
Paytaxtda 15 yaşlı qız itkin düşüb
Paytaxtda 15 yaşlı qız itkin düşüb Bakucity.az  xəbər verir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib. İtkin düşən qızın atası bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb: "Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı...
Hadisələr
Avtoxuliqanlıq edən sürücü ilə polis arasında qarşıdurma yaşanıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yara...
Cəmiyyət
Binalarda istismar müddəti ötmüş bütün liftlər dəyişdiriləcək Bakucity.az xəbər verir ki, Bir neçə gün əvvəl Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil ve...