Rusiyanın tanınmış vokal müəllimi Bakıda ustad dərsləri keçəcək

Rusiyanın tanınmış vokal müəllimi Bakıda ustad dərsləri keçəcək

Onu Opera və Balet Teatrının rəhbərliyi Bakıya dəvət edib.

Bakucity.az xəbər verir ki, Rusiyanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Larisa Rudakova Bakıya gələcək.

L.Rudakovanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Bakıya dəvət edib.

Teatrdan bildirilib ki, rusiyalı sənətkar fevralın 5-dən 15-dək teatrda ustad dərsləri keçəcək. L.Rudakova Nyu-York Metropoliten Operası, habelə Avropanın ən mötəbər opera teatrlarının səhnələrində çıxış edərək bir çox görkəmli dirijorlarla və məşhur orkestrlərlə çalışıb.

L.Rudakova teatr tamaşalarında çıxış etməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olur. O, həm də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor-pedaqoq kimi çalışır. 

Bakucity.az

L.Rudakova
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər