Bakı klubunun yeni transferi: "Belə rəqabətlərə öyrəşmişəm"

Bakı klubunun yeni transferi: "Belə rəqabətlərə öyrəşmişəm"

"Şəhər və komanda yoldaşlarımla tanışlığım davam edir".

Bakucity.az xəbər verir ki, "Zirə" komandasının yeni transferi Xulio Rodriges qəsəbə təmsilçisinə keçidi barədə danışıb:

"Əvvəldən nə Azərbaycan nə də bu ölkənin futbolu haqqında məlumatlı idim, amma Bakı çox xoşuma gəldi. Gəldiyim gündən isə şəhər və komanda yoldaşlarımla tanışlığım davam edir".

Paraqvaylı futbolçu "Zirə"nin yaxşı kollektiv olduğunu, həmçinin komandanın uğurları üçün əlindən gələni edəcəyini deyib.  

29 yaşlı hücumçu 2018-ci ildə 6 ay "Neftçi"nin formasını geyinmiş Fransisko Qarsiyadan bəzi informasiyaları aldığını da qeyd edib:

"Dostumun bakı ilə bağlı təsuratları əla idi və mənə şəhər, klubların hansı səviyyədə olması ilə bağlı xoş sözlər dedi. Bu da "Zirə"yə gəlməyimə səbəb oldu".

Rodriqes komandada yetərincə hücumçunun olmasına baxmayaraq rəqabətə hazır olduğunu bəyan edib:

"Mən belə rəqabətlərə öyrəşmişəm. Komanda yoldaşı olduğumuza görə düşünürəm ki, sağlam rəqabət olacaq".

Cənubi amerikalı oyunçu "Zirə" ilə Türkiyənin Antalya bölgəsindəki hazırlıq prosesində iştirak etməyib. Bununla belə, heyətə düşməkdə çətinlik çəkməyəcəyini də vurğulayıb:

"Qış toplanışında olmadığımı anlayıram, amma heyətə düşmək üçün çox çalışmaq və  səbrli olmaq lazımdır. Məncə  buna nail ola biləcəyəm".

Xatırladaq ki, "Zirə" Xulio Rodrigeslə 6 ay + 1 illik müqavilə imzalayıb.

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər