Rusiyalı solistlər Filarmoniyada çıxış edəcək

Rusiyalı solistlər Filarmoniyada çıxış edəcək

Konsertdə dünya və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Bakucity.az xəbər verir ki, fevralın 15-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bakıda konsert proqramı ilə çıxış edəcək.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq konsertdə rusiyalı solistlər Ekaterina Lexina və Dali Qutseriyeva çıxış edəcəklər.

Amerikalı dirijor Hobart Erlın dirijorluq edəcəyi konsertdə dünya və Avropa bəstəkarlarının yaradıcılığına müraciət olunacaq.

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər