"Zirə" komandası doğma arenada oyuna çıxacaq

"Zirə" komandası doğma arenada oyuna çıxacaq

Azərbaycan Premyer Liqasının XV turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq.

Bakucity.az xəbər verir ki, qəsəbə təmsilçisi 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək. Görüş Zirə İdman Kompleksinin stadionunda  fevralın 2-də baş tutacaq.

Arenada aparılan təmirlə əlaqədar komanda mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olub. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirilib.

“Bakcell Arena” və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.

“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib.

Komanda 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.

“Sabah”la görüş komandanın doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, Birinci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.

Bakucity.az

"Zirə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər