Bakıda “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib

Bakıda “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi kitablar da təqdim edilib.

Bakucity.az xəbər verir ki, görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində gerçəkləşib.

Qonaqlar əvvəlcə mədəniyyət evinin foyesində nümayiş olunan kitabların və şairlə bağlı eksponatların sərgisinə baxıblar.

Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Nizami Cəfərovun Türkiyədə çap olunmuş “Samed Mansurun şiiri” kitablarının təqdimatı da keçirilib.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirilib, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Bakucity.az

Səməd Mənsurov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər