"Neftçi" italiyalı hücumçu ilə müqavilə bağlayacaq

"Neftçi" italiyalı hücumçu ilə müqavilə bağlayacaq, Javid

"Neftçi" klubu heyətinə daha bir futbolçu qatmağa çox yaxındır. 

Paytaxt təmsilçisi italiyalı hücumçu Canluka Sansoneni heyətinə qatacaq. 

32 yaşlı oyunçu tibbi müayinədən keçəndən sonra flaqmanla müqavilə imzalayacaq. Onun sözləşməsi 2020-ci ilə qədər nəzərdə tutulacaq. 

Qeyd edək ki, Canluka Sansone karyerası ərzində İtaliyanın "Sampdoriya", "Torino", "Sassuolo" və "Bolonya" kimi klublarında çıxış edib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də italiyalıdır. (Report)

Bakucity.az

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər