Bakıda Gənclər Günü qeyd olunub - FOTO

Bakıda Gənclər Günü qeyd olunub - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsində 2 Fevral-Gənclər Günü qeyd olunub.

Bakucity.az xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin gənc əməkdaşları iştirak ediblər.

R.Tağıyev paytaxt təhsilində mühüm nailiyyətlərin əldə edilməsində, milli-mənəvi dəyərlərin qorunması və inkişafında gənclərin müstəsna rolundan danışıb və kollektivin gənc üzvlərini əlamətdar gün münasibətilə təbrik edib.

O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən gənclər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.

Sonda 2 Fevral-Gənclər Günü münasibətilə idarənin gənc əməkdaşlarına BŞTİ-nin Fəxri fərmanları verilib.

Bakıda Gənclər Günü qeyd olunub - FOTO, fotoşəkil-1 Bakıda Gənclər Günü qeyd olunub - FOTO, fotoşəkil-2 Bakıda Gənclər Günü qeyd olunub - FOTO, fotoşəkil-3 Bakıda Gənclər Günü qeyd olunub - FOTO, fotoşəkil-4 Bakıda Gənclər Günü qeyd olunub - FOTO, fotoşəkil-5

Bakucity.az

BŞTİ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər