Görüş fevralın 3-də saat 18:30-da başlanacaq.
Bakucity.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu flaqmanın azarkeşləri üçün ödənişli olacaq.
Oyunu izləmək istəyən paytaxt təmsilçisinin fanatları üçün Tofiq Bəhramov adına Respublika stadionunun 5-ci və 6-cı sektorlarında yer ayrılacaq.
Bilet satışı oyun günü saat 15:00-dan etibarən həmin stadionda həyata keçiriləcək. Biletlərin qiymətinin bir manat olacağı nəzərdə tutulub.
Qeyd edək ki, görüş fevralın 3-də saat 18:30-da başlanacaq.
Bakucity.az