Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO

Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO

Sərgiyə 200-dən çox əsər təqdim edilib

Bakucity.az xəbər verir ki, Bakıda 2 Fevral gənclər gününə həsr olunmuş "Gənclərin gələcəyə baxışı" adlı sərgi keçirilib.

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən sərgi Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İskəndərova tərəfindən təşkil olunub.

Sərgidə 150-dən çox rəssamın iştirakı ilə 200-dən çox əsər nümayiş edilib.

Tədbirin təşkilatçısı Aygün İsgəndərova Bakucity.az-a sərgi ilə bağlı açıqlama verib: 

"Bu sərgi bizim üçün çox vacib idi, çünki mövzu çox aktualdır. Daha yetkin nəslin nümayəndələri rəssamlıq sənətini çox yaxşı anlayır, bizim əsas məqsədimiz isə gənclərin diqqətini çəkmək və onlar arasında rəssamlığı inkişaf etdirməkdir. Ümid edirik, cəhdimiz boşa çıxmayacaq və biz gənclərin düşüncəsinə təsir etməyi bacaracağıq. Ümid edirik ki, bu sərgidə biz onlara demək istədiklərimizi göstərə, gəncləri düşünməyə, rəssamların öz əsərlərində nə demək istədiklərini, əsərlərə hansı mənəvi impuls verildiklərini göstərə bildik”.

Tədbirin sonunda iştirakçılar diplomlarla təltif olunublar.

Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-1 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-2 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-3 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-4 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-5 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-6 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-7 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-8 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-9 Bakıda "Gənclərin gələcəyə baxışı" mövzusunda sərgi keçirilib - FOTO, fotoşəkil-10

Cəmilə Amirova

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər