Tədbirlərdə məktəblilərin rəsm və əl işlərindən ibarət sərgilər də təşkil olunub.
Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2 Fevral- Gənclər Günü münasibətilə tədbirlər keçirilib.
Paytaxt məktəblərində Gənclər Günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, “Açıq dərs”, mühazirə və seminarlar, həmçinin məktəblilərin rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunub.
Tədbirlərdə 2 fevral Gənclər Günü ilə bağlı məlumatla yanaşı, şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub.
Tədbirlər şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.