Bu həftə Bakı Musiqili Teatrında beş tamaşa izləniləcək

Bu həftə Bakı Musiqili Teatrında beş tamaşa izləniləcək

Rus dilində də tamaşalar göstəriləcək

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrı həftə ərzində baxımlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirəcək.

Bu həftə sənət ocağının yaradıcı kollektivi beş tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın səhnəsində fevralın 8-də “Qızıl toy”, 9-da isə “Dəcəl çəpişlər” və “Mən dəyərəm min cavana” tamaşaları nümayiş olunacaq.

Fevralın 10-da isə “Bir dayan, canavar!” (rus dilində) və “999-cu gecə” izləniləcək. Tamaşaçılar teatrın sevilən aktyorlarını bu səhnə əsərlərində görə biləcək.

Bakucity.az

Musiqili Teatr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər