Bakı yollarındakı köklü problemlər nə vaxt aradan qaldırılacaq? - ARAŞDIRMA - bakucity.az

Bakı yollarındakı köklü problemlər nə vaxt aradan qaldırılacaq? - ARAŞDIRMA

Niyə yağış yağan kimi Bakı su altında qalır? 

Bakıda yeni magistral yolların təmiri və salınması mütəmadi olaraq həyata keçirilir. Bu yollar əksər vaxt göz oxşayır, xüsusilə şəhərimizə gələn turistlər yolların gözəlliyinə  heyran qalırlar. Ancaq azacıq yağışın yağması ilə çoxsaylı problemlər üzə çıxır. Bəzi yollar yenicə təmirdən çıxsalar da, onlarda çökmələr, çatlar və bu kimi müxtəlif problemlər müşahidə olunur. Bakucity.az bu gün paytaxt yollarının problemlərinin əsas səbəblərini öyrənməyə çalışıb. Materialı oxuculara təqdim edirik. 

Ən əsas problemlərdən biri: yeraltı sular

Saytımıza açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli oxşar problemlərin iri şəhərlər üçün xarakterik olduğunu bildirib:

“Bakı yollarının əsas problemlərindən biri yeraltı suların üzə çıxmasıdır. Şəhərimizdə yeraltı sular yerin səthinə yaxındır və bu da yolların dağılmasına gətirib çıxarır. Bu suların axını dəyişəndə isə problemlər yalnız avtomobil yollarında deyil, digər yerlərdə də yarana bilər”.

Mətbuat katibi Babək prospektindəki yolun çökməsi ilə bağlı açıqlamasında bildirib ki, həmin ərazidə bərpa işləri yenidən aparılıb: 

“Məsələ bundadır ki, o ərazi 80-ci illərdə neft tullantılarının yığıldığı yer olub. Bu da prospekt yolunun bəzi hissələrində iki-üç kvadrat metr asfalt örtüyünün deformasiyasına səbəb olub və bu təkcə avtomobil yolunda deyil, başqa yerlərdə də baş verib. Amma bəzi şəxslərin iddia etdiyi kimi, hadisə yolun keyfiyyətsiz  təmiri nəticəsində baş verməyib".  

A.Nəcəflinin sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyinin heyəti ərazidə yenidən əsaslı təmir işləri aparıb, hazırda ərazidə heç bir problem yoxdur:

“Əlbəttə, bu eyni problemin bir də olmayacağı demək deyil. Çünki hər hansı bir yolda, xüsusilə də böyük şəhərlərin yollarında hər zaman belə problemlər olur. Bütün kommunikasiya xətləri birbaşa avtomobil yollarından, prospektlər və küçələrdən keçir. Buna görədə hər hansı bir qəza, həmçinin sızıntı olanda ilk növbədə yollara mənfi təsir göstərir.

Xoşbəxtlikdən Bakıda digər böyük şəhərlərdə olduğu kimi, kommunikasiya xəttləri ilə bağlı belə böyükmiqyaslı qəzalar yoxdur. Ancaq təəssüf ki, bundan heç kim sığortalanmayıb. Digər ölkələrdə insanlar eyni problemlərə sakitliklə reaksiya verirlər. Bizdə isə hər şey üçün dövlət strukturlarını günahlandırmaq adət halını alıb. Bunu da yalnız o adamlar edə bilər ki, onlar ölkədə yolların necə salınmasından xəbərsizdirlər”, - deyə Nəcəfli vurğulayıb.

Kanalizasiya problemlərinin paytaxt yollarına mənfi təsiri

A.Nəcəfli bildirib ki, Avtomobil Yolları Dövlət Agentliyi bu problemin aradan qaldırılması üçün müəyyən tədbirlər görür:

“2016-cı ildən 2018-ci ilə qədər bu problemlərlə üzləşən ərazilərdə təxminən 10,000 km yeni kommunikasiya sistemləri quraşdırılıb. Məsələ burasındadır ki, bu problemi tamamilə aradan qaldırmaq üçün yolun salınacağı yerdə xüsusi yağış toplayıcısı quraşdırılmalıdır ki, sıx çöküntülər zamanı bütün sular yollardan yığılsın".

Mövcud problemlərdən növbətisi də şəhər ətrafında yaxşı yolların olmamasıdır. Mətbuat xidmətinin rəhbəri bildirir ki, bu məsələ mərhələli şəkildə həll ediləcək:

“Hal-hazırda qəsəbə yollarının təmirinə diqqət yetiririk. Məsələn, Sulutəpə qəsəbəsinin çox pis vəziyyətdə olan əsas küçəsindəki yol təmir olunur. Binə qəsəbəsində də yolların bərpası planlaşdırılır. Burada təxminən 20 km sahəni söküb yenidən salmaq lazımdır. Hövsanda isə təxminən 7 km məsafədə təmir işlərinə ehtiyac var.

Yolun təmiri üçün avadanlıq xaricdən gətirilir

A.Nəcəfli söhbət zamanı yolların təmiri və salınmasında istifadə olunan xüsusi texnikaların Azərbaycanda istehsal olunmadığını deyib:

“Yollarımızın keyfiyyəti bütün müasir və beynəlxalq standartlara cavab verir. Çünki yolların salınması üçün avadanlıqları xaricdən alırıq, ölkədə bu cür texnikalar istehsal edilmir. Ötən il bu cür maşınların təxminən 220 ədədi idxal edilib. Bu avadanlıqların 270 ədədi isə bu il gətiriləcək", - deyə Nəcəfli bildirib.

Rəsmi açıqlamasında deyib ki, bu istiqamətdə hələ çox işlər görülməlidir, bu da mərhələli şəkildə həyata keçiriləcək. O, paytaxtımızda yolların keyfiyyəti ilə bağlı problemlərin hər il bir az daha azalacağını deyib. 

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Bakı yolları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
95 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək Bakucity.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq. Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. Qeyd edək ki, iyulun 12-də MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı bina...
İdman
Yarışa 48 ölkədən ümumilikdə 3900 qonaq qatılacaq Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan idmançılarının sayı dəqiqləşib. Yığmamız yarışda 10 idman növündə 122 atletlə təmsil olunacaq. Ölkəmizin nümayəndə heyəti isə 198 nəfər təşkil edəcək. Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Atletlər idmanın on növü - gimnastika, atletika, baske...
Hadisələr
Bakı metrosunda siqaret çəkənin kimliyi məlum olub Bakucity.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdəki şəxsin Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. O, əvvəllər məhkum olunub. Həmin görüntülər iyulun 15-də "28 May” - "Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolite...
Hadisələr
Paytaxtda 15 və 17 yaşlı bacılar itkin düşüb Bakucity.az xəbər verir ki, məsələ ilə bağlı qızların anası polisə müraciət edib.  İyulun 14-də Biləcəri qəsəbəsi, ev 44, mənzil 70-də yaşayan 1980-ci il təvəllüdlü Oksana Vasilyevna Xolbina ərizə ilə 5-ci Polis bölməsinə müraciətində bildirib ki, iyulun 9-u saat 21:30 radələrində qızları 2002-ci il təvəllüdlü Aminə Samir qızı Askerova və 2004-cü il təvəllüdlü Elina Panak qızı Panakova İ.Dadaşov küçəsi, 71-də ye...
Hadisələr
Bakı sakini 8 il 3 ay azadlıqdan məhrum edilib Bakucity.az xəbər verir ki, 22 yaşlı Səid Vəliyev Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirli bilinib. O, indi mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında paytaxt sakini İlkin Abdulayevi qorxudaraq 11 manatını əlindən alıb. Sonradan Səidin İlkinə ürəyi yanıb, ona 2 manat yolpulu verib. İlkin Abdullayev cinayətkarın ilk qurbanı olmayıb. O, bir neçə şəxsə qarşı da eyni əməli törədib. (...
Cəmiyyət
Paytaxtda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, qəza Yasamal rayonunun Tbilisi prospektində, Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaradıb.  Qeyd edək ki, bu barədə  Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bakucity.az
Hakimiyyət
Ona Prezidentin fəxri diplomu təqdim edilib Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Əməkdar memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Rasim Əliyev 1934-cü il 16 iyulda Gəncədə görkə...
Cəmiyyət
Təhülkəsizliyiniz üçün piyada keçidlərindən istifadə edin! Bakucity.az xəbər verir ki, vətəndaşların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməsi əksər hallarda bədxəxt hadisə ilə nəticələnir.  Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Lakin paytaxtda hələ də yolu piyada keç...
Hadisələr
İntiharın hansı səbəbdən baş verdiyi bilinmir Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib. İntihar edən şəxs Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənovdur. O, özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asıb.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az