Cəfər Cabbarlının Bakıdakı ev muzeyi ilə bağlı rəsmi açıqlama verildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi geniş açıqlama verib

Bakucity.az xəbır verir ki, Azərbaycan dramaturgiyasının banilərindən biri, görkəmli ədib, yazıçı və dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olduğu üçün məsələ ilə bağlı yayılmış məlumatlara Baş İdarənin rəisi Cəlil Məlikov münasibət bildirib.

Baş İdarədən Trend-ə verilən məlumata görə, ədibin Bakı şəhər, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 44/48 ünvanında yerləşən ev muzeyi 1976-cı ildə yaradılıb və 1982-ci ildə təntənəli açılış mərasimi keçirilib. Muzeydə görkəmli dramaturqun şəxsi əşyaları, həyat və yaradıcılığını əks etdirən nadir eksponatlar, incəsənət nümunələri qorunub saxlanılır.

1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib.

Son illər ərzində şəhərin dağlıq hissəsində aparılan intensiv inşaat işləri nəticəsində ərazidə sürüşmə baş verib və muzey binasında dərin çatlar və çökmə ilə nəticələnən fəsadlar əmələ gəlib. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, divardakı çatlar və bünövrənin zədələməsi muzey binasında əsaslı təmir işlərinin aparılmasına imkan vermir və muzeyin fəaliyyətinin bərpa edilməsi yalnız mövcud tikililərin sökülərək yenidən inşa edilməsi yolu ilə mümkündür.

Yaranmış vəziyyətlə əlaqədar nazirliyin 05.05.2010-cu il tarixli 230 nömrəli əmri ilə muzeyin ekspozisiyası bağlanmış və nazirliyin digər 02.09.2010-cu il tarixli 435 nömrəli əmri ilə mədəniyyət sərvətlərinin etibarlı mühafizəsini təmin etmək məqsədilə memorial eksponatların (9790 ədəd), inventar və avadanlığın Muzey Mərkəzində fəaliyyət göstərən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi ayrılmış sahəsinə köçürülməsi təmin edilib.

Baş İdarə tərəfindən dəfələrlə C.Cabbarlı ailəsinin üzvlərinin nəzərinə çatdırılıb ki, muzey binalarının yenidən qurulması üçün o vaxt vəsait ayıra bilər ki, tikililər və ərazi nazirliyin balansına qaytarılsın və gələcəkdə muzey binalarına, mülkiyyətinə ailə tərəfindən iddialar qaldırılmasın.

İdarədən bildirilib ki, C.Cabbarlının ev muzeyi daim Baş İdarənin diqqət mərkəzində olub, onun fəaliyyətinin bərpa edilməsi üçün yollar axtarılıb. Lakin muzeyin tikililərinin və ərazisinin şəxsi mülkiyyət olduğu səbəbindən və C.Cabbarlı ailəsinə hörmət əlaməti olaraq məsələnin qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək mümkün olmayıb.

2012-ci ildə C.Cabbalının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib.

Baş İdarə, öz növbəsində, ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb.

Hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xüsusi ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Bakucity.az Cəfər Cabbarlının ev muzeyinin baxımsız qalması ilə bağlı araşdırmanı oxuculara təqdim etmişdi. 

Bakucity.az

C. Cabbarlının Bakıdakı ev muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
21 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmiri həyata keçirilir Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən Bakucity.az-a verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırl...
Cəmiyyət
İcbari tibbi sığortanın tətbiqinin faydaları Bakıda Könüllü Tibbi Sığorta anlayışı Qərb ölkələrində və ya qonşu Rusiyada olduğu qədər geniş yayılmayıb. Baxmayaraq ki, bu, qəfil sağlamlıq problemləri olduqda pul xərclərini həll etmək üçün bir yoldur. Bakucity.az bu materialda tibbi sığortanın insanlara nə fayda verdiyini, Bakıda hansı hallarda sığortaya daha çox müraciət edildiyini və sığorta şirkəti ilə müqavilə bağlayarkən nələrə diqqət etməli olduğunuzu...
Hadisələr
Polis yeniyetməni axtarır Bakının Sabunçu rayonunda xoşbəxt sonluqla bitən xoşagəlməz hadisə baş verib. Belə ki, 17 yaşlı Şahin Rəhimov avqustun 11-də sözügedən ərazidə itkin düşüb. Bakucity.az xəbər verir ki, Ş.Rəhimovun qəflətən itkin düşməsini Bakı Şəhər Prokurorluğunda araşdırmağa başlayıblar. Avqustun 23-də şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb və itkin düşmüş şəxsin axtarışını təmin etmək üçü...
Mədəniyyət
“Elektra Events Hall”da tanınmış reperlər çıxış edəcəklər Noyabrın 9-da ZOMB, ADLER KOCBA, həmçinin  dövrümüzün ən tanınmış diceylərindən biri DJ STYLEZZ Bakıda “Elektra Events Hall”da konsert proqramı ilə çıxış edəcəklər. Bakucity.az xəbər verir ki, konsert saat 20:00-da başlayacaq. Qeyd edək ki, ZOMB - özünün lirik musiqiləri ilə məşhurdur. ADLER KOCBA – 2018-ci ildə reperlik karyerasına Timranla birgə duet oxuduğu “Mənim qadınımın ətri” mahnı ilə başlay...
Cəmiyyət
Paytaxtda “manatlıq taksi”lərin sayı sürətlə artır. Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metrostansiyalarına hər sərnişinə görə bir manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır.  Bununla bağlı Bakucity.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, “bir manatlıq tak...
Mədəniyyət
Final gecəsi sentyabrın 20-də keçiriləcək Azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Moskvada keçirilən “Moscow İnternational Fashion Fest”də podiuma çıxıblar. Bakucity.az xəbər verir ki, türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala “ADDIM” Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar.  Belə ki, “Miss&Mr National Azerbaijan” gözəllik yarışmasının online səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda...
Cəmiyyət
Sabah olan hava proqnozu açıqlanıb. Sentyabrın 17-də Bakıda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində it itib Bakucity.az-ın xəbərinə görə, Spaniel cinsli itin sahibi bildirib ki, onu tapan şəxsi mükafatlandıracaq. Ev heyvanını tapan şəxslərdən xahiş olunur ki, (050) 391 71 17 və ya (055) 391 71 17 telefon nömrəsi ilə əlaqə saxlasınlar. Bakucity.az
Cəmiyyət
Bu gün, sentyabrın 16-da, Azərbaycanda Bilik günü qeyd edilir Yeni tədris ilində Bakıda 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq. Bakucity.az bu il ilk dəfə birinci sinfə gedən uşaqların həyəcanını fotoaparatın yaddaşına köçürüb. Nicat Alili Bakucity.az