Bolqarıstanın Baş naziri Bakıya gələcək

Bolqarıstanın Baş naziri Bakıya gələcək

Nazir Boyko Borisov mart ayında Bakıya səfər edəcək.

Bakucity.az xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisov martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etmək üçün paytaxta gələcək.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

Qeyd edək ki, VII Qlobal Bakı forumunda bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları ilə yanaşı dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir.

Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 

Bakucity.az

Forum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər