Qazaxıstanın "Mezzo" qrupu Bakıya gəlir

Qazaxıstanın "Mezzo" qrupu Bakıya gəlir

Qrup həm Qazaxıstanda, həm də xaricdə qastrollarda uğurla çıxış edir. 

Bakucity.az xəbər verir ki, aprelin 10-da Qazaxıstanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın "Mezzo" musiqi qrupu konsert verəcək.

Qeyd edək ki, "Mezzo" - klassik və pop musiqisinin elementlərinin sintezi olan klassik krossover musiqi üslubunda çıxış edən Qazaxıstanın məşhur vokal qrupudur.

Qrup həm Qazaxıstanda, həm də xaricdə qastrollarda uğurla çıxış edir. Gənc ifaçılar Astanada, Nyu Yorkda, Londonda, Qahirədə, Kiyevdə alqışlarla qarşılanıblar.

Bakucity.az

"Mozzo"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər