Bakının Kukla Teatrı balacalar üçün dörd tamaşa hazırlayır

Bakının Kukla Teatrı balacalar üçün dörd tamaşa hazırlayır

Teatrının 2019-cu il üçün yaradıcılıq planı çox zəngindir.

Bakucity.az xəbər verir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yerli və dünya, klassik və müasir dram əsərlərinin, məşhur nağıl nümunələrinin rəngarəng səhnə həllini yaradan teatrın yaradıcı heyəti bu dəfə də balacaların - sevimli tamaşaçılarının istək və arzularını nəzərə alıb.

Tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. 

Uşaqlara dostluq, sevgi, mehribanlıq və anlayış kimi hisslər aşılayan səhnə əsərində müxtəlif kukla texnikalarından istifadə olunub.

Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər.

Komediya janrındakı birhissəli uşaq tamaşası fevralın 15-də nümayiş olunacaq.

Paralel olaraq 2-ci tamaşa türk nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan” adlı tamaşadır.

Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. 

Bundan başqa, plana müvafiq olaraq dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” (Q. Məsimov) və türkiyəli yazıçı Hasan Erkəkin “Kitabi Dədə Qorqud” dastanı əsasında qələmə aldığı “Adını doğruldan oğlan” (A. Məmmədov) əsərləri səhnələşdiriləcək.

Bakucity.az

Kukla teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər