"İçərişəhər"də böyük dəyişikliklər olacaq - AÇIQLAMA

Bakı Xanlarının Evinin bərpası da layihəyə daxildir

Məlum olduğu kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İçərişəhər"in  maddi-mənəvi dəyərlərinin qorunmasını əsas vəzifəsi hesab etdiyinə görə, diqqətini tarixi və memarlıq abidələrinin bərpasına ayırır.  Bununla əlaqədar, tarixi əhəmiyyətli daha bir mühüm obyektin, Bakı Xanlarının Evinin bərpası haqqında qərar qəbul edilib. Tam yenidənqurmadan sonra bura muzey olacaq. Bakucity.az "İçərişəhər"də baş verəcək dəyişikliklərlə bağlı araşdırmasını oxuculara təqdim edir. 

İnqilabi dəyişikliklər

"İçərişəhər"də Qız Qalası, Şirvanşahlar Sarayı kompleksi, Məhəmməd məscidi, Cümə məscidi, Bəylər məscidi, Hacı Banu hamamı kimi bir çox başqa tarixi əhəmiyyətli memarlıq abidələrinin bərpası işləri artıq başa çatıb. Bununla "İçərişəhər"in görkəmi  xeyli dəyişib. Nəhayət, növbə məhşur Bakı Xanlarının Evinə gəlib.

"İçərişəhər" Tarix-memarlıq qoruğunun əməkdaşı Zeynəb Cahan Bakucity.az-a açıqlamasında yeni layihə barədə danışıb:

"Tarixi-monumental abidələrin konservasiya-bərpa işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən Bakı Xanlarının Evi kompleksi bu sahədə yeni layihədir".

Zeynəb xanımın vurğuladığı kimi XVIII əsrə aid bu kompleks mədəni irs abidəsi sayılır, 4500 kvadratmetr sahəni əhatə edən kompleks beş binadan ibarətdir. 

"Bu evin Azərbaycan tarixində əhəmiyyətli yeri var, – deyə Zeynəb xanım açıqlamasına davam edib: ХIХ əsrin sonu XX əsrin əvvəllərində Bakı Xanlarının Evi fəaliyyətinə fasilə verdi  və bu fasilə çox uzun çəkdi. Bildiyiniz kimi, "İçərişəhər" Tarix-Memarlıq Qoruğu 2018-ci ildə bərpa layihəsi çərçivəsində elmi-arxeoloji tədqiqatlara, habelə "İçərişəhər"in vəziyyətinin yaxşılaşdırılması və təmizlənməsi işlərinə başlayıb. Bu proqrama əsasən ərazidə aşkar edilmiş su anbarı və təndir də bərpa ediləcək".

Əməkdaşın sözlərinə görə, əsas məqsəd bu qocaman abidənin təmir işləri başa çatdıqdan sonra muzeyə çevrilməsi və  arxeoloji kompleks, hamam və parkla birlikdə böyük bir kompleksin bir hissəsi olmasıdır. Parkın yaradılması üçün həyətyanı sahənin tamamilə abadlaşdırılması planlaşdırılır. Ehtimal olunur ki, "İçərişəhər"də yaradılacaq yeni bağ bakılıların və paytaxtın qonaqlarının istirahəti üçün sevimli yerə çevriləcək.

Keçmişə aparan gələcəyin texnologiyası

Zeynəb Cahanla söhbət zamanı öyrəndik ki, gələcək muzeyin qonaqlarını tarixi kompleksdə çox maraqlı şeylər gözləyir:

"Bakı xanları muzeyi müasir, ən yeni avadanlıqlarla təchiz olunacaq və bu da ziyarətçilərdə Bakının orta əsr dövrünə səyahət etmək imkanı yaradacaq. Sərgi salonunda o dövrün mədəniyyəti haqqında tarixi məlumatlarla tanışlıq mümkün olacaq".

Müsahibimiz qeyd etdi ki, bu texnologiya şəhərin orta əsrlər tarixi barədə ətraflı məlumat verəcək. Sərgi salonu, kompleksdə 1 və 2 saylı binalarda təşkil olunacaq. Bu zallarda həmin dövrün ab-havası yaradılcaq. Bundan başqa, xüsusi otaqlarda  klassik orta əsrlər tarixiylə, sakinlərin dini görüşləri, ticarəti və  mətbəxi ilə tanışlıq mümkün olacaq.

Sonda qeyd edək ki, rekonstruksiya işləri zamanı "İçərişəhər"in bu hissəsində yaşayan sakinlər kirayə ödənişləri dövlət hesabına olmaqla, başqa yerlərə köçürülüblər.

 Züleyxa İsmayılova

Bakucity.az

İçərişəhər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
319 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bakı polisi onların digər cinayətlərini araşdırır Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) və 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən rayon ərazisində törədilmiş cinayətlərin açılması məqsədilə əməliyyat tədbirləri həyata keçirilib. Avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıblar. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəti...
Mədəniyyət
Müəlliflər gənc aktyorlar Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək. Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir. Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir. Bakucity.az
Hadisələr
Bakı sakini yüksək dozada narkotikin təsirindən ölüb Bakucity.az-ın məlumata görə, Yasamal rayon sakini, 1968-ci il təvəllüdlü Əliyev Natiq Adil oğlu yaşadığı evdən anidən ölüb. Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
FHN yanğınla bağlı açıqlama yayıb Bakucity.az xəbər verir ki, Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanıb Hadisə yerinə Fövqəladə hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.  Qısa zamanda yanğın söndürülüb. Bakucity.az
Hadisələr
Paytaxtda iki ərəbin yataqda şam yandırması yanğına səbəb olub Bakucity.az xəbər verir ki, 22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib.  Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdi...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 33-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-30 faiz olacaq. Abşeron çi...
Hadisələr
Bakıda dəhşətli anlar kameraya düşüb Bakucity.az xəbər verir ki, eraport yolunda kommunal işçiləri yüksəksürətli yolu keçmək istəyiblər. Onlar yolu qaçaraq keçən zaman son anda avtomobilin təkəri altından qalmaqdan xilas olublar.  Görüntüləri təqdim edirik: (avtosfer.az) Bakucity.az
Hadisələr
O, bu il ikinci sinfə gedəcəkdi Bakucity.az xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib. Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib. Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedir...
Hadisələr
Paytaxtda xanım sürücünün pozduğu qayda kameralara düşüb Bakucity.az xəbər verir ki, Sabunçu rayonu, Zabrat yolunda (Balaxanı işıqforunun yanı) 99 NG 853 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Qoşa xəttin tələbini pozan sürücü qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb. Bununla da inzibati xətalar məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozub. Sürücünü 100 manat və 4 cərimə balı gözləyir. (Avtosfer.az)  ...