“Formula-1” yenə Bakıda qalır? - Yeni müqavilə bağlanılıb

“Formula-1” yenə Bakıda qalır? - Yeni müqavilə bağlanılıb, Javid

“Formula-1” yarışları Bakıda 2016-cı ildən keçirilir. 

Bakucity.az xəbər verir ki, Bu gün “Formula-1” ilə Bakı Şəhər Halqası arasında yeni müqavilə bağlanılıb.

Bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Yeni müqavilə üç ili əhatə edir.

Belə ki, 2020-ci ildə başa çatacaq köhnə müqavilə 2023-cü ilədək yenilənib.

Xatırladaq ki, “Formula-1” yarışları Azərbaycanda 2016-cı ildən keçirilir. 

Cari mövsümdə Azərbaycan Qran-Prisi 26-28 aprel tarixində baş tutacaq. (Oxu.az)

Bakucity.az

Formula 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər