“YARAT” Bakıda Norveç filmi göstərəcək

“YARAT” Bakıda Norveç filmi göstərəcək

Ekran əsəri Norveç dilində, rus alt yazıları ilə nümayiş ediləcək

Bakucity.az xəbər verir ki, fevralın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində Norveç istehsalı olan “Qoy fəryad eşidilsin” adlı film nümayiş olunacaq.

Rejissor Dhirac Akolkarın quruluş verdiyi ekran əsərinin xronometrajı 58 dəqiqədir.

Film məşhur Norveç rəssamı Edvard Munkun yaradıcılığının universallığını və zaman xaricində olan mahiyyətini ortaya çıxaran bədii tədqiqatdır. Bu tədqiqat rəssamın 62 il ərzində yaratdığı 40 mindən çox sənət əsərini əhatə edir. Ekran əsəri Norveç dilində, rus alt yazıları ilə nümayiş ediləcək.

Bakucity.az

“YARAT” Müasir İncəsənət Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər