Bakıda yeni sosial layihəyə start verildi - FOTO

"TOM"un təqdimatı keçirilib

Bakucity.az xəbər verir ki, İsrail Səfirliyi, “Azercell Telekom” və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin birgə həyata keçirdiyi “TOM” ("Tikkun Olan Makers" -Dünyanı təmir etmək) layihəsinin təqdimatı bu gün saat 11:00-da Heydər Əliyev Mərkəzində gerçəkləşib.

Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemlərinə həllər tapmaq məqsədilə ixtiraçılarla ehtiyac sahiblərini əlaqələndirməkdir.

Təqdimat mərasimi "Azercell", Regional İnkişaf İB, Paşa Bank, "JOY" Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Akademiyasının Media Mərkəzi və digər qurumların dəstəyi ilə baş tutub.

Tədbiri İsrailin Azərbaycandakı Səfirinin müvəqqəti işlər vəkili Avital Rozenberq açaraq bildirib ki, azərbaycanlılara olan inam bu tədbirin Bakıda baş tutmasına səbəb olub:

""TOM" gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla bir araya gətirən hərəkatdır və bu hərəkatın Azərbaycanda keçirilməsi buradakı insanlara inamdan irəli gəlir. Tədbir Bakı sakinlərinin yaradıcılığını, qayğıkeşliyini və komanda işini göstərəcək".

Tədbirdə həmçinin, Barama İnnavasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət komitəsinin baş məsləhətçisi Məftunə İsmayılova çıxış ediblər.

İstedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə 28 fevral tarixinədək vaxt veriləcək. 

"TOM" çağırışında komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar "Pre-Tom" tədbirində bir-biri ilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemə həll yolu tapmalıdırlar. Layihə dövründə komandalara "Schwatech" MMC tərəfindən dəstək göstəriləcək. 

Komandaların yekun məhsulları 17 aprel 2019-cu ildə keçiriləcək "TOM" tədbirində təqdim olunacaq və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

Qeyd edək ki, "TOM" Beynəlxalq Qeyri Kommersiya hərəkatı olan "Reut Group" tərəfindən təşkil olunan və fiziki məhdudiyyətli insanların həyatlarını asanlaşdırmaq üçün innovativ texnologiyaların tətbiqini stimullaşdıran beynəlxalq layihədir. Əsas məqsədi isə dünyada olan 1 milyarddan çox fiziki məhdudiyyətli insanların hər gün üzləşdiyi problemlərin aradan qaldırılması üçün əlçatan həllər yaratmaqdır.

Layihəyə ilk dəfə 2014-cü ildə Arnon Zamir və Josh Gottesman "ROI Schusterman Connection Points" proqramı çərçivəsində start verib.

Tədbirdə həmçinin "TOM"un Azərbaycandakı veb səhifəsi təqdim olunub. Səhifədə fiziki məhtudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olunacaq.

Ramilə Qardaşxanqızı

Bakucity.az

TOM
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
“Yaşıl Qala” devizi altında ağacəkmə aksiyası keçirilib. Bakucity.az xəbər verir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsi “İçərişəhər” Muzey Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən aksiyada Qoruq İdarəsinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qala kəndi ağsaqqalları, ziyalılar və məktəblilər...
Biznes
"Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq. Bakucity.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, uçuşlar cari ilin yay ayından nəzərdə tutulub.  Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə a...
Hakimiyyət
Səbail rayonunda yollar yenidən qurulacaq. Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,45 mi...
Kriminal
Bakıda polis birgə əməliyyat keçirib. Bakucity.az  xəbər verir ki, Xətai Rayuon Polis İdarəsinin 34-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Vəliyevdən pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
İdman
"Bakcell" şirkəti "Formula 1"-ə sponsorluq edəcək. "Bakcell" şirkəti "Formula 1" üzrə Azərbaycan Qran Prisinin rəsmi dəstəkçisi olacaq. Bakucity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Bakcell" şirkəti arasında müqavilə imzalanıb.  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib ki, sözügedən müqavilənin müddəti 3 ildir. (Report.az) Bakucity.az
Ekologiya
Bakının içməli suyu ilə bağlı ekspertlərin maraqlı fikirləri var Su əsas həyat mənbəyidir. Biz sutka ərzində nə qədər sərf edildiyini düşünmədən xörək hazırlayanda, içəndə, texniki məqsədlər üçün sudan istifadə edirik. Yaxın gələcəkdə su resurslarının xeyli tükənəcyi haqqında informasiyalar yayılır.  Bakucity.az bu problemin paytaxt Bakı üçün təhlükə yaratması, yerli içməli suyun dünya standartlarına uyğun gəlməsi haqqında araşdırma aparıb.  Paytaxta veril...
Cəmiyyət
Bu barədə Birlikdən məlumat verilib Bakucity.az xəbər verir ki, “Teleradio” İstehsalat Birliyi Bakı-Quba radiorele xəttinin yenidən qurulması üzrə işləri tamamlanıb. Yenidənqurma işləri bu bölgədə rəqəmli ehtiyat televiziya şəbəkəsinin yaradılmasının bir hissəsi olaraq həyata keçirilib ki, bu da əyər hər hansı gözlənilməz hal baş verərsə televiziya proqramlarının fasiləsiz yayımı təmin edəcək. “Növbəti mərhələdə Bakı-Zaqatala radiorele xəttinin yenidən qur...
Kriminal
Bakıda aptekdən oğurluq edən şəxslər yaxalanıb Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən aptekdən oğurluq edilib.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxs aptekdə olan seyfləri qıraraq, oradakı külli miqdarda pulu aparıb.  Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən şəxsl...
Kriminal
Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib Bakucity.az xəbər verir ki, paytaxt sakini İlhamə Həsənova Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Fərid adlı şəxsin onun etibarından sui-istifadə edərək 240 min ABŞ dollarını mənimsədiyini bildirib. Həmin şikayət əsasında Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (ONA) Bakucity.az