Bakıda Qız qalası bənövşəyi rəngə boyadılıb

Bakıda Qız qalası bənövşəyi rəngə boyadılıb

Fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir

Bakucity.az xəbər verir ki, xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü qeyd edir.

Bu çağırışa cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insan sağlamlığına böyük təhlükə törədən xəstəliyə qarşı həssaslığı artırmaq məqsədilə ictimaiyyətə vizual ismarış göndərib. Belə ki, həmin gün paytaxtımızın simvolu olan Qız qalası bənövşəyi rənglə işıqlandırılıb.

Qeyd edək ki, lavanda çiçəyinin bu füsunkar rəngi cəmiyyətin diqqətinin xərçəng xəstəliyi ilə mübarizəyə, həyatın dəyərini bilməyə səsləyir. (AzərTac)

Bakucity.az

Qız qalası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər