Bakıda "FotoMən 2” layihəsinin açılışı olub - FOTO

“YARAT” Müasir İncəsənət Mərkəzində yeni layihənin açılışı oldu

Bakucity.az xəbər verir ki, fevralın 5-də “YARAT” Müasir İncəsənət Mərkəzində “FotoMən 2” layihəsinin açılışı olub.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “ASAN Könüllülük” Məktəbi, “Gilan Holding”, Azərbaycan Fotoqraflar Birliyinin təşkilati və “ASAN Radio”nun media dəstəyi ilə həyata keçirilir.

Əvvəlcə “FotoMən 2017” layihəsinin qısa icmalını əks etdirən videoçarx nümayiş olunub.

Açılış mərasimində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bildirib ki, layihə fotoqrafiya sənətinə marağı olan və bu sahənin inkişafında öz töhfəsini vermək istəyən insanları birləşdirən bir platformadır. Qeyd edib ki, fotonun bizim yaddaşımıza həkk etdiyi məqamları nəzər salsaq, bu sahənin nə qədər peşəkarlıq tələb edən sənət olduğunu görərik. Bu sənət emosiyaları insanlara ötürən duyğu paylaşımıdır.

Tədbirdə ölkəmizdə fotoqrafiya sənətinin inkişaf tarixinə nəzər salan Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu daha sonra layihə barədə fikirlərini bölüşüb. “Layihə fotoqrafiya sənətinə açılmış bir pəncərədir. Burada siz yeni dostlar tapacaq, təlimlərdə iştirak edərək özünüzü təkmilləşdirəcəksiniz”, - deyə M.Həsənoğlu bildirib.

Qeyd edib ki, layihə çərçivəsində peşəkar fotoqraflar tərəfindən 16 təlim təşkil olunacaq. Təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirməkdir. Layihədə müsahibə yolu ilə seçilmiş 40 nəfər studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və fərdi tapşırıqları yerinə yetirəcək.

Tədbirdə layihənin təlimçisi Raj Steven fotoqrafiyanın çətin sənət olduğunu söyləyib. Fotoqrafçı üçün həm səbəb, həm də nəticənin əsas olduğunu söyləyən təlimçi peşəkar fotoqraf olmaq üçün sosiologiya, fəlsəfə və psixologiyanı bilməyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, layihənin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil ediləcək.

Bakucity.az

YARAT
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məktəblilər sərgi hazırlayıblar Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində tədbir və “Sonsuz dəhliz” adlı filmin nümayişi keçirilib. İcra Hakimiyyətinin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, tədbirin əvvəlində qonaqlar Səbail rayonu 6 və 189-190 nömrəli orta məktəb və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin hazırladıqları sərgi ilə tanış olublar.  Tarixçi alimlər, ziyalılar, paytaxtın ali məktə...
Cəmiyyət
28 nəfərlik restoranı da var Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. BakuCity.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə bildirilib.  Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur. Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil araba...
Cəmiyyət
Şübhəli şəxs qismində saxlanılıblar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. BakuCity.az-ın məlumatına görə, açıqlamada deyilir: "Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol ver...
Cəmiyyət
"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır" Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib: “Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən...
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
İdman
“Hoffenhaym”ın yetirməsidir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb. BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib. Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-1...
Şəkil. Binəqədi rayonu, 8-ci mikrorayon, 12 nömrəli kvartal
İşçi Qrup yaradılıb Bakıda yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gun nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və...
Cəmiyyət
"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” "Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar: "Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqa...
Cəmiyyət
Ümumilikdə 20 vaqon gətiriləcək Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək. BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib. Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar...