Avropa finalında "VAR" olacaq
Bakucity.az xəbər verir ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında VAR (Video Assistant Referee) sistemindən istifadə olunacaq. Bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, mayın 29-da Bakıda keçiriləcək finalda ilk dəfə VAR sisteminə müraciət ediləcək. Bu isə o deməkdir ki, bu, Azərbaycanda VAR sistemindən istifadə olunan ilk matç kimi tarixə düşəcək. (Oxu.az)
Bakucity.az