Bakıda oteldə sevgilisini öldürən qadın mühakimə olunacaq

Bakıda oteldə sevgilisini öldürən qadın mühakimə olunacaq, Javid

Qadın özündən 6 yaş kiçik sevgilisini bıçaqlayıb

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. 

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər