Ən yaxşı futbolçu adına namizədlər sırasında Vangelis Platellas da var.
Bakucity.az xəbər verir ki, Yunanıstan birinci liqasında 2017/2018 mövsümünün müxtəlif nominasiyaları üzrə ən yaxşı olmağa namizədlər açıqlanıb.
Belə ki, ən yaxşı futbolçu adına namizədlər sırasında "Neftçi"nin yeni transferi Vangelis Platellas da var. 2017/2018 mövsümündə "Aris"də çıxış edən 30 yaşlı yarımmüdafiəçi bu ad uğrunda Dimitrios Manos (OFİ) və Atanasios Dinasla ("Trikala") mübarizə aparır.
Ötən il yayda "Aris"dən OFİ-yə transfer olan V.Platellas bu ilin yanvarında "Neftçi" ilə müqavilə bağlayıb.
Bakucity.az