Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək

Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək

Teatrın bu həftəki səhnəsi zəngin olacaq.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu həftə dörd səhnə əsəri ilə tamaşaçılarının görüşünə gələcək. Teatrda fevralın 6-da Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunacaq. Əsərinin xronometrajı 35 dəqiqədir.

Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək baletdə Romeo obrazını Murad Kərimov, Cülyetta obrazını isə Liana Praga canlandıracaq.

Həmin gün “Şəhrizad” xronometrajı 35 dəqiqə olan birpərdəli baleti də izləniləcək. Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edəcəklər.

Fevralın 9-da görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilmiş Cakomo Puççininin “Boqema” ikipərdəli operası, 10-da isə “Dahi hekayəçi” baleti nümayiş olunacaq. 

Bakucity.az

Teatr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər