"Sabah" "Səbail"in sabiq qapıçısını heyətinə qatıb

"Sabah" "Səbail"in sabiq qapıçısını heyətinə qatıb

“Sabah” futbol klubuna yeni yeni oyunçu qatılıb. 

Bakucity.az xəbər verir ki, Premyer Liqanın debütantı 22 yaşlı qapıçı Əmirhüseyn Nəcəfi ilə 2020-ci ilin mayınadək müqavilə bağlanılıb.

İranın “İstiqlal” komandasının yetirməsi olan Ə.Nəcəfi karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə Azərbaycanın U-21 millisinə dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli formanı geyinəcək.

Bakucity.az

"Sabah"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər