Bakıda Gənc və həvəskar rəssamlar üçün rəsm müsabiqəsi davam edir

Bakıda Gənc və həvəskar rəssamlar üçün rəsm müsabiqəsi davam edir

İştirakçılara diplom və sertifikatlar təqdim olunacaq.

Bakucity.az xəbər verir ki, “Arts Council Azerbaijan” təşkilatı “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan rəsm müsabiqəsinə hər kəs qatıla bilər..

Müsabiqə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin tərəfindən təşkil edilib. 

Əsərlər yağlı boya janrında, 50x70 ölçüdə olmalıdır. İştirakçılar əsərlərinin ölçüsünü, fotosunu (kiçik ölçüdə), rəssamın adını və əlaqə nömrəsini qeyd edərək martın 30-dək [email protected] elektron ünvana göndərə bilərlər.

Apreldə müsabiqənin yekunu olaraq seçilmiş əsrlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur. Sərginin kuratoru Türkan Cəfərzadədir.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər