Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bakıda ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək, Javid

İcraiyyə Komitəsi üzvlüyünə 8 nəfərin 4 il müddətinə seçkisi keçiriləcək

Bakucity.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı Bakı Olimpiya Stadionundakı Avropa Liqasının final matçı ərəfəsində təşkil olunacaq. Azərbaycanda ilk dəfə təşkil olunacaq iclasın yeri və gündəliyi hələlik açıqlanmayıb.

Bu gün İtaliyanın paytaxtı Romada işə başlayan toplantının gündəliyindəki əsas məsələ isə UEFA prezidenti seçkisi olacaq. Bu vəzifəyə yeganə namizəd qurumun hazırkı rəhbəri Aleksander Çeferindir. Sloveniyalı funksionerin namizədliyini əksər milli federasiyalar, o cümlədən, AFFA da dəstəkləyib. Seçki fevralın 7-nə təyin edilib.

UEFA prezidentindən əlavə, İcraiyyə Komitəsi üzvlüyünə 8 nəfərin 4 il müddətinə seçkisi keçiriləcək. Üzvlərdən ən azı 1-i isə qadın olmalıdır. Eyni zamanda, FIFA Şurasında vitse-prezident vəzifəsinə seçki olacaq. (Report)

Bakucity.az

UEFA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər